Modern.az

İranda 23 deputat koronavirusa yoluxub

İranda 23 deputat koronavirusa yoluxub

Aktual

3 Mart 2020, 14:20

İranda 23 deputatın yeni koronavirusla əlaqədar analizlərinin nəticəsi müsbət olub.

 

Bunu İran parlamentinin sədr əvəzi Əbdürrza Misri deyib.

 

Bu barədə Modern.az-a Gənc Jurnalistlər Klubu (YJC) informasiya agentrliyinə istinadən məlumat verib.

 

Ə.Misrinin sözlərinə görə, çünki bu deputatlar vətəndaşlarla sıx əlaqədə olublar.

 

Misri əlavə edib ki, deputatların vətəndaşlarla görüşləri ləğv edilib.

 

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi ötən gün 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin dünyasını dəyişdiyini, 291 nəfərin sağaldığını təsdiqləyib.

 

İranda bir sıra rəsmilər, o cümlədən prezidentin müavini, səhiyyə nazirinin müavini bu virusa yoluxublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı