Tehran koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də Almaniya, Böyük Britaniya və Fransadan yardım alıb.
Modern.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.
“Bu gün bizim ölkəyə Almaniya, Böyük Britaniya və Fransa tərəfidən ayrılmış yardım çatdı”, - “RT” Musəvinin sözlərini sitat gətirir.
İran XİN-in rəsmi nümayəndəsi göstərilən humanitar yardıma görə təşəkkürünü bildirib.