Modern.az

Çində koronavirusdan ölənlərin sayı 3000-ə yaxınlaşdı

Çində koronavirusdan ölənlərin sayı 3000-ə yaxınlaşdı

Aktual

4 Mart 2020, 10:14

Çində yeni növ koronavirusdan ölənlərin sayı 2983 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, ötən gün ərzində ölkədə 38 nəfər bu virusdan ölüb.

 

Onların 37-si Hubey, 1-i isə Daxili Monqolustan əyalətindəndir.

 

Ümumilikdə, Çin ərazisində koronavirusa yoluxanların sayı isə 80270 nəfərdir.

 

36432 nəfər isə koronavirus şübhəsi ilə nəzarətə götürülüb.

 

Eyni zamanda, 49856 nəfər sağalaraq evlərinə göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı