İndiyədək İranın 31 vilayətinin 28 vilayətində yeni koronavirusa (Covid 19) yoluxma halı təsdiqlənib.
Modern.az-ın məlumatına görə, bu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin hazırladığı infoqrafikada öz əksini tapıb.
İnfoqrafikaya əsasən, 2 336 nəfərin yeni virusa yoluxma halı və 77 nəfərin bu virus nəticəsində dünyasını dəyişməsi təsdiqlənib. İndiyədək 435 nəfər sağalıb.
| Sıra | Vilayət adı | Yoluxma halı (nəfər) |
| 1 | Qum | 253 |
| 2 | Tehran | 1078 |
| 3 | Gilan | 218 |
| 4 | Mərkəzi | 141 |
| 5 | İsfahan | 120 |
| 6 | Əlborz | 93 |
| 7 | Mazandaran | 62 |
| 8 | Xuzistan | 35 |
| 9 | Şərqi Azərbaycan | 66 |
| 10 | Qəzvin | 55 |
| 11 | Rəzəvi Xorasanı | 28 |
| 12 | Fars | 35 |
| 13 | Gülüstan | 24 |
| 14 | Simnan | 30 |
| 15 | Lorestan | 14 |
| 16 | Hörmüzqan | 11 |
| 17 | Ərdəbil | 12 |
| 18 | Yəzd | 7 |
| 19 | Kirmanşah | 7 |
| 20 | Cənubi Xorasan | 6 |
| 21 | Kürdüstan | 8 |
| 22 | Sistan və Bəluçestan | 6 |
| 23 | Qərbi Azərbaycan | 5 |
| 24 | Həmədan | 10 |
| 25 | Kirman | 4 |
| 26 | İlam | 4 |
| 27 | Kohgiluyə və Buyir-Əhməd | 2 |
| 28 | Zəncan | 2 |