Modern.az

Voleybol üzrə çempionat oyunları təxirə salındı

Voleybol üzrə çempionat oyunları təxirə salındı

Aktual

4 Mart 2020, 16:28

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb. 

 

Modern.az-ın məlumatına görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

 

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, daha öncə eyni səbəbdən basketbol üzrə Azərbaycan çempionatı da dayandırılıb.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır