Modern.az

AMEA-da koronavirus müzakirəsi

AMEA-da koronavirus müzakirəsi

Aktual

4 Mart 2020, 18:24

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminar keçirilib.

 

Modern.az xəbər verir ki, iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bugünkü tədbirin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə elmi ictimaiyyətin maarifləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.

 

Vitse-prezident ölkədə yeni növ koronavirusun yayılmasına qarşı dövlətimiz tərəfindən görülən müxtəlif qabaqlayıcı tədbirlərdən, rəsmi orqanlar tərəfindən verilən məlumatlara əsaslanmağın vacibliyindən, problem ətrafında süni təşviş yaradılmasının ziyanlarından danışıb.



Sonra gündəlik üzrə məruzələrin dinlənilməsinə başlanılıb. “Koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yolları: keçmiş, bu gün və gələcək risklər” mövzusunda məruzə ilə çıxış edən akademik İradə Hüseynova viruslar, onların mənşəyi, yaranması və yayılması, davamlılıq mexanizmləri, həmçinin yoluxucu xəstəliklərlə mübarizə yolları barədə ətraflı məlumat verib. Ən son statistikaya görə dünyanın 81 ölkəsində koronavirusla (COVİD-19) 93574 yoluxma və 3204 ölüm halının olmasından danışan alim insanın virus infeksiyalarından və sintetik viruslardan da bəhs edib. O, həmçinin koronavirusun həyat tsikli, genom tərkibi və filogenetik ağacı, SARS və ona bənzər epidemiyalara qarşı 2019-nCoV-un amin turşu əvəzləmələri barədə danışıb.


Daha sonra professor İbadulla Ağayev Azərbaycanda koronavirusun yayılma təhlükəsinə qarşı görülən işlərdən söz açıb. Baş epidemioloq qeyd edib ki, karantin xəstəlikləri ilə mübarizədə Azərbaycan istənilən maliyyə və texniki imkanlara, yüksək hazırlıqlı kadr potensialına malikdir. Ölkədə mövcud olan Respublika Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi bu mənada xarici ekspertlər tərəfindən çox yüksək qiymətləndirilib. Natiq, həmçinin jurnalistləri və sosial şəbəkələrin fəallarını Azərbaycanda koronavirus epidemiyası haqqında danışarkən ehtiyatlı və məsuliyyətli olmağa, yalan şaiyələrin yayılmasına yol verməməyə çağırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı