Modern.az

Şəmkirdə maşın ağaca çırpıldı: 25 yaşlı sürücü öldü

Şəmkirdə maşın ağaca çırpıldı: 25 yaşlı sürücü öldü

Aktual

18 Mart 2020, 10:11

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində sürücü, Sabirkənd kənd sakini 1995-ci il təvəllüdlü Seyrac Məmmədov aldığı bədən xəsarətləri ilə hadisə yerində ölüb. Qəza zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

(Qafqazinfo)

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Putini dəli etdi: Türkiyəni seçdi, Kremlə "yox" dedi