Modern.az

Polis əməliyyatı, axtarışda olanlar və borclular saxlanıldı

Polis əməliyyatı, axtarışda olanlar və borclular saxlanıldı

Aktual

18 Mart 2020, 10:31

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-da 26 cinayətin üstü açılıb.

 

Bakı şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, onlardan 7-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, soyğunçuluq üzrə 1, quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?