Modern.az

Rayon qatarlarına bilet alanların NƏZƏRİNƏ!

Rayon qatarlarına bilet alanların NƏZƏRİNƏ!

Aktual

18 Mart 2020, 11:26

Bakı-Gəncə sürət qatarının hərəkəti dayandırılır.

 

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib. Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkəti Bakıdan və Gəncədən 19.03.2020-ci il tarixdən 29.03.2020-ci il tarixədək dayandırılır.

 

Bundan əlavə, Bakıdan 19.03.2020-ci il tarixdən 29.03.2020-ci il tarixədək, geriyə isə 20.03.2020-ci il tarixdən 30.03.2020-ci il tarixədək aşağıdakı qatarların hərəkəti dayandırılır:

- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı 

- Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

- Bakı-Yalama-Bakı elektrik qatarı

- Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

 

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.

 

Martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?