Modern.az

“İzolyasiya tədbirləri bizim təhlükəsizliyimizə xidmət edir” - Deputat

“İzolyasiya tədbirləri bizim təhlükəsizliyimizə xidmət edir” - Deputat

Aktual

18 Mart 2020, 11:56

 

"Koronavirus infeksiyasına qarşı ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biri Azərbaycandır. Hazırda virusun ölkəmizdə yayılmasının qarsısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. İzolyasiya tədbirlərinin həyata keçirilməsi də məhz bu məqsədə xidmət edir”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Millət vəkili qeyd edib ki, virisun yayılmasını önləmək üçün hər bir ölkə vətəndaşının üzərinə böyük məsuliyyət düşür.

 

Ceyhun Məmmədov əhalini təmkinli olmağa çağırıb:

 

“Hər birimiz verilən qərarlara hörmətlə yanaşmalı, tam riayət etməli, təmkinli olmalı, məsələlərə soyuqqanlı yanaşmağı bacarmalı, insanları təşvişə salacaq dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verməməliyik. Dövlətimiz üzərinə düşəni edir və edəcəkdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?