Modern.az

“Bütün dünya o alimi gözləyir”

“Bütün dünya o alimi gözləyir”

Aktual

18 Mart 2020, 13:42

"Bütün dünya yeni koronavirus epideniyasının qarşısını ala biləcək vaksini tapan alimi gözləyir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

Onun sözlərinə görə, müasir dövrümüzdə ilə dəfədir ki, kiçikdən böyüyədək anlamağa başlayıb ki, cəmiyyətin ən böyük dəyəri, ən faydalı insanı alimdir.

 

"Demək ki, başqa kateqoriyadan olan peşə sahiblərinə ayrılan diqqəti, verilən imtiyazları hansı dövlətlər və cəmiyyətlər tədqiqatçı alimə daha çox yönləndirə bilirlərsə, onlar daha böyük ümidlərlə gələcəyə doğru yürüyə bilirlər", - deyə deputat bildirib.

 

T.İSMAYIL

 
 
Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?