Modern.az

Yaşı 65-dən çox olan deputatlar da iclasa GƏLDİLƏR

Yaşı 65-dən çox olan deputatlar da iclasa GƏLDİLƏR

Aktual

17 Aprel 2020, 11:09

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Modern.az-ın verdiyi xəbərə görə, iclasda deputatlarla bağlı bir mədələ diqqət çəkib.

Belə ki, yaşı 65-dən yuxarı olan bəzi deputatlar bugünkü plenar iclasa qatılıb.


Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur. Karantin rejimi müddəti ərzində -  24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasına qadağası ilə bağlı bəzi deputatlar parlamentin bundan əvvəlki iclasında iştirak etmirdi.

Xatırladaq ki, Milli Məclisdə yaşı 65-dən yuxarı olan 31 nəfər deputat var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinə Paşinyandan bir