Son günlər həm koronavirusa yoluxanların, həm də ölüm faktlarının kəskin şəkildə aşağı düşdüyü Çində dünən heç kimin gözləmədiyi hal baş verib.
Modern.az "Worldometers"ə istinadən bildirir ki, son 24 saatda Çində 1 290 nəfər koronavirus səbəbilə ölüb. Həmçinin, 351 yeni yoluxma qeydə alınıb.
Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 82 692 nəfərə, pandemiya qurbanlarının sayı isə 4 632 nəfərə yüksəlib.