Modern.az

Bakıda polis maşınının üzərində pivə içən şəxs SAXLANILDI

Bakıda polis maşınının üzərində pivə içən şəxs SAXLANILDI

Aktual

17 Aprel 2020, 14:45

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin arxa kapotunun üstündə oturaraq, pivə içən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Modern.az-a  verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılıb.

 

Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir. Həmin şəxs müəyyən edildikdən sonra saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təvil verilib.

 

V.Əsədov qeyd edib ki, N.Mustafayev barəsində qanunvericiliyə uyğun olaraq təsirli tədbirlər görüləcək.

 

Nicat Mustafayev

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinə Paşinyandan bir