Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 12192 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il mart ayının 1-i vəziyyətinə 10079300 nəfərə çatıb.
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin ilk iki ayı ərzində Azərbaycanda doğulan körpələrin sayı məlum olub.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 22 321 doğulan körpə qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,7 təşkil edib. Körpələrdən 584-ü əkiz, 12-si isə üçəm doğulanlardır.
2020-ci ilin yanvar-fevral aylarında ölkədə 10216 ölüm halı qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 6,4-dən 6,3-ə enib.