Modern.az

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artıb

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artıb

Aktual

17 Aprel 2020, 19:36

“Azərbaycanda artıq 80 min ailə, 330 mindən çox fərd ünvanlı sosial yardım proqramı ilə əhatə olunub”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevlə video-bağlantı formatında keçirilən iclas zamanı deyib.

 

O bildirib ki, aprelin 1-i ilə müqayisədə artım 10 min ailədir və ya 36 min şəxsdir: “Bu dinamika da mütəmadi şəkildə artırılacaq. Ünvanlı yardım bizim aztəminatlı ailələrimizə önəmli bir dəstək mexanizmi kimi yenə icra ediləcək. 2014-cü ildə proqramın ilkin icrasına başlanan zaman, yəni, 2014-cü il yanvarın 1-dək növbədə olan şəxslərdən artıq bu ilin sonuna cəmi 1 500 nəfər qalacaq”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinə Paşinyandan bir