Modern.az

Gürcüstanda fövqəladə vəziyyət müddəti uzadıldı

Gürcüstanda fövqəladə vəziyyət müddəti uzadıldı

Aktual

17 Aprel 2020, 23:37

Gürcüstan Prezidenti Salome Zurabişvili koronavirusla bağlı ölkədə elan edilən fövqəladə vəziyyətin uzadılması barədə sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadılıb.

S.Zurabişvili, eyni zamanda ölkə vətəndaşlarına müraciət edərək onları evdə qalmağa, qayda və qanunlara, tövsiyələrə əməl etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda bu günədək 370 nəfər koronavirusa yoluxub. Onlardan 79-u müalicə olunub, 3 nəfər isə dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinə Paşinyandan bir