100 il bundan öncə Azərbaycan xalqının milli maraqları üzərində qurulmuş Cüm-huriyyətimiz işğalçı XI Qırmızı Ordu tərəfindən işğal olundu. İşğal 70 il xalqımızın “Le-nin baba” adlandırdığı V.İ.Leninin birbaşa göstərişi ilə həyata keçirilmişdir. Hələ 1920-ci ilin 17 martında Qafqaz cəbhəsinin Hərbi İnqilab Şurasına göndərdiyi teleqramda Lenin yazırdı:” Bakını almaq bizə olduqca və olduqca zəruridir”. Bu onun işğalçı niy-yətlərini bir daha təsdiq edir. Bir qədər də əvvələ gedək: fikir verin Lenin Cənubi Qaf-qaza kimi fövqəladə komissar təyin etmişdir? Türk xalqlarının düşməni, cəllad Stepan Şaumyanı (1917-ci ilin dekabrında). Hər şey məlumdur.
Rusiyada hakmiyyətə gəlmiş bolşeviklərin (V.İ.Leninin) yeganə bir məqsədi var idi: Çar Rusiyasının sərhədlərini bərpa etmək. Bunun üçün də Azərbaycan Xalq Cüm-huriyyəti işğal olunmalı idi.
Əvvəlcə 1920-ci ilin yanvar və fevral aylarında AXC-yə Sovet Rusiyası bir neçə notalar göndərdi. Bir nəticəsi olmadı. Sonra təziqlərini daha da gücləndirdi. “Beşinci kolon” Azərbaycan Kommunist Partiyasını yaratdı. Sapı özümüzdən olan baltaların (milli satqınların) fəaliyyəti daha da gücləndi. Onların pozuculuq və anti-milli fəaliyyət ləri, AXC daxilində baş verən hökumət böhranı Cümhuriyyətimizin süqutunu sürətlən-dirdi. Sonda nə baş verdi?
Gülüstan və Türkmənçay sülh müqavilələri nəticəsində həsrət qaldığımız azadlı-ğımızı və istiqlaliyyətimizi bizən vermiş Cümhuriyyətimiz işğalçı XI Qırmızı Ordu tərə-findən işğal olundu. 1920-ci il aprelin 27-də. Bir daha 70 il azadlığa, müstəqilliyə, istiq-laliyyətə həsrət qaldıq. Bu işğalın həyata keçirilməsində birbaşa iştirak etmiş, hətta XI Qırmızı Ordunun önündə gedən azərbaycanlıların adlarına fikir verin: Nəriman Nəri-manov, Həmid Sultanov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Mirzə Davud Hü-seynov, Çingiz İldırım, Dadaş Bünyadzadə, Məşədi Əzizbəyov və başqaları. Onların xəyanətləri hesabına M.Ə.Rəsulzadənin və silahdaşlarının canları və qanları hesabı-na qurulmuş dünyaya nümunə olan Xalq Cümhuriyyətimiz işğal olundu. Bu işğalda iş-tirak etmələrini özlərinə fəxr bilirdilər. Həmid Sultanov 1920-ci il oktyabrın 19-da AK(b)P-nin II Qurultayında çıxışında deyirdi: “Hakimiyyətin devrilməsində mənim özü-mün qızğın iştirakım olub, çünki mən yaxşı bilirdim ki, arxamda ...Yalamada dayan-mış qırmızı süngülər dururdu”.
Bu yerdə M.Ə.Rəsulzadənin Əliheydər Qarayevə dediyi bir kəlməni xatırlatmağı özümə borc bilirəm. AXC Parlamentində M.Ə.Rəsulzadə üzünü Ə.Qarayevə tutaraq deyir: ”... ”tovarişlər” səni güllələyəndə məni xatırlayarsan”. 18 ildən sonra 1938-ci ildə Əliheydər Qarayev güllələndi. M.Ə.Rəsulzadənin uzaqgörənliyi bir daha təsdiq olun-du.
Ümümiyyətlə, təkcə Ə.Qarayev deyil, AXC-nin işğal olunmasında Leninə birbaşa dəstək vermiş yerli kommunistlər M.Ə.Rəsulzadənin dediyi kimi ”tovarişlər” tərəfindən güllələndilər... Bir şeyi bilirəm ki, xalqına və vətəninə xəyanət etmiş şəxs və şəxslərin sonları belə olur...
70 il fəaliyyət göstərmiş Sovet hökumətinin bir neçə adı vardı: Çar Rusiyasının başqa bir forması. “Xalqlar həbsxanası”. Belə adlandırsaq daha düzgün olardı.
Bəhruz Rufullayev
Biləsuvar rayon N.Nərimanov adına 6 saylı tam orta məktəbin tarix müəllimi
27.04.2020-ci il