Modern.az

ABŞ Oman körfəzində İran tankerini vurdu

ABŞ Oman körfəzində İran tankerini vurdu

Dünya

6 May 2026, 23:37

ABŞ hərbçiləri Oman körfəzində İran bayrağı altında hərəkət edən “Hasna” tankerini vurub.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında məlumat yayıb.

Bildirilib ki, İran limanına doğru hərəkət edən tanker mayın 6-da ABŞ qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına tabe olmayıb.

“ABŞ Silahlı Qüvvələri Oman körfəzində məcburetmə tədbirləri tətbiq edərək İran bayrağı altında üzən tankeri hərəkətsiz vəziyyətə salıb”, – deyə CENTCOM vurğulayıb.

Qeyd olunub ki, “Abraham Lincoln” aviadaşıyıcısından havaya qalxan F/A-18 Super Hornet qırıcı-bombardmançısı tankerinin sükan idarəetmə sistemini 20 millimetrlik top atəşi ilə sıradan çıxarıb.

Komandanlıq bildirib ki, “Hasna” tankeri artıq İran istiqamətində hərəkət etmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var