Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, telefon danışığı zamanı Mevlüt Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması haqqında danışılıb:
“Əziz qardaşım və dostum Mevlüt Çavuşoğlu ilə telefon danışığımız zamanı, Mevlüt bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım.
Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!” – paylaşımda qeyd olunub.