Modern.az

Rauf Qurbanov: “Orada paylaşılan fikirlərlə bizim partiyanın heç bir əlaqəsi yoxdur”

Rauf Qurbanov: “Orada paylaşılan fikirlərlə bizim partiyanın heç bir əlaqəsi yoxdur”

Aktual

2 May 2020, 17:15

“Facebook sosial şəbəkəsində yaradılan “Kommunist” səhifəsi, orada paylaşılan fikirlərlə bizim partiyanın heç bir əlaqəsi yoxdur”.

 

Bunu Modern.az-a Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov deyib. O bildirib ki, Facebookda öz səhifəsi var və partiya ilə bağlı tədbirləri, keçirilən görüşləri, bəyanatları orada dərc edir:

“Yoldaşlar da onları paylaşırlar. Bilirsiniz, sosial şəbəkələrdən hər kəs istifadə edir. Anonim insanlar orada istədikləri şəkildə təbliğat aparırlar. İstədikləri fikirləri bölüşürlər. Bəlkə də XXI əsr üçün bu zəruri haldır. Özümü konservatizmdə də günahlandırmaq istəməzdim.  Sadəcə olaraq bu kimi nüanslar mənə yanlış gəlir. Həmin adamların kommunist əqidəsinin daşıyıcıları olacaqlarına məndə bir o qədər də inam yoxdur. Partiyanın konkret əlaqə ünvanları var. Mənim telefon nömrələrim var. Kommunist əqidəsinin daşıyıcıları varsa, konkret olaraq partiyanın rəhbərliyinə, partiyanın Mərkəzi Komitəsinə müraciət edə bilərlər”.

 

Partiya sədri sosial şəbəkə hesablarında Leninizm, Markisizm haqqında fikirlərini bölüşənlərlə görüşmək istədiyini ifadə edib:

“Mən özüm maraq göstərmişəm. Görüşəndə isə görmüşəm ki, bu insan ideologiyadan tamam kənardır. Sadəcə olaraq hansı məqsədlə bu işlərlə məşğuldur, deyə bilmərəm. Həmin sosial şəbəkələrdə paylaşılan məlumatların, fikirlərin çoxunu ciddi qəbul etmirəm. Mənə elə gəlir ki, ilk öncə partiyanın nüfuzuna xələl gətirmək üçün insanları oraya cəlb edirlər. Sonra da öz diktələrini həyata keçirirlər”.

 

Rauf Qurbanov həmin səhifələri araşdırmağa vaxtı olmadığını vurğulayıb:

“Həmin adamların kimliyini araşdırmaq çətin məsələdir. Məlumatları kim yayıb, hansı məqsədlərlə bunu edir, araşdırıb ortaya çıxarmaq müşküldür. Bəyənmədiyim nüans odur ki, sosial şəbəkədə kiminsə adından səhifə açıb onu idarə etmək, anonim şəkildə paylaşmaq  imkanı əldə edirlər. Yaxşı olardı ki, orada ev ünvanı, telefon nömrələri, şəxsiyyət vəsiqəsinin nömrəsi olsun, o zaman axtarıb, araşdırmaq da asan olardı. Bəlkə də həmin səhifələri yaradanlar ümumiyyətlə? Azərbaycanla əlaqəsi olmayan adamlardır. Azərbaycandan kənarda olub bu kimi işlərlə də məşğul ola bilərlər. Bunu araşdırmaq vaxt tələb edən bir məsələdir. Bizim işlərimiz çoxdur”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV