Modern.az

65 yaşdan yuxarı insanlara tətbiq olunan QADAĞA götürülür

65 yaşdan yuxarı insanlara tətbiq olunan QADAĞA götürülür

Aktual

15 May 2020, 16:10

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa aradan qaldırılır.

Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək.

Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir.

Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu