Modern.az

“Qalatasaray”la “Fənərbaxça” ağır zərbə aldı

“Qalatasaray”la “Fənərbaxça” ağır zərbə aldı

Aktual

22 İyun 2020, 08:37

Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.

Modern.az xəbər verir ki, ötən gün üç görüş keçirilib. "Fənərbaxça" səfərdə "Kasımpaşa"ya uduzub.

“Qalatasaray” bu turda “Qaziantep”lə qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. "Konyaspor" isə evdə "Sivasspor"la qollu heç-heçə edib.

Bu xal itkilərindən sonra çempionluq yolunda zərbə alan "Qalatasaray" 51 xalla 4-cü pillədə qərarlaşıb. Lider "Başakşəhər"in 59 xalı var. Bir oyun az keçirilən "Trabzonspor" 56 xalla 2-ci, "Sivasspor" isə 53 xalla 3-cüdür. Avrokuboklara vəsiqə verən zonadan uzaqlaşan "Fənərbaxça" 43 xalla 7-cidir. 

21 iyun

"Kasımpaşa" – "Fənərbaxça" - 2:0
"Qalatasaray" – "Qaziantep" - 3:3
"Konyaspor" – "Sivasspor" - 2:2

22 iyun

22:00. "Alanyaspor" – "Trabzonspor"
22:00. "Antalyaspor" – "Rizəspor"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək