Modern.az

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyəsinə başlanıldı

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyəsinə başlanıldı

Aktual

22 İyun 2020, 09:05

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarından COVID-19 testlərinin götürülməsinə başlanılıb.

 

Modern.az APA-ya istinadən  xəbər verir ki, təxliyəsi planlaşdırılan 178 Azərbaycan vətəndaşından bu gün səhər saat 08:00-da PSR testlərinin götürülməsinə başlanılıb.

 

Səfirlikdən verilən məlumata görə, analizlərin cavabı günün sonunadək açıqlanacaq və neqativ cavab alan şəxslər iyunun 23-də saat 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi avtobuslarla "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə gətiriləcəklər. Təxliyə olunacaq şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı bildirilib.

 

Test cavabı müsbət olanlar isə Gürcüstanda xəstəxanalara yerləşdiriləcək.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək