Modern.az

Bakı dəhşət - qardaş qardaşı qətlə yetirdi

Bakı dəhşət - qardaş qardaşı qətlə yetirdi

Aktual

22 İyun 2020, 09:32

Bakıda qətl hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə iyunun 21-i gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teymur Ramazanov mübahisə zəminində qardaşı, 1968-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teyyub Ramazanovu bıçaqlayaraq qətlə yetirib.

 

Hadisədən sonra Teymur Ramazanov saxlanılıb.

 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!