Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Alı Həsənov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az verilən məlumata görə, A.Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqrama yaxın, hündürlükləri 90 sm-dən 238 sm-dək olan 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

 

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.