Modern.az

Bu il Həcc ziyarəti olmayacaq - QMİ-dən rəsmi cavab

Bu il Həcc ziyarəti olmayacaq - QMİ-dən rəsmi cavab

Aktual

22 İyun 2020, 12:59

Bu il Azərbaycandan Həcc ziyarətinin baş tutması qeyri-mümkün görünür.

 

Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

 

Qeyd olunub ki, hələ ki, Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı hər hansı bildiriş gəlməyib, ancaq çox güman ki, "yox" cavabı veriləcək. Digər tərəfdən burada vaxt məsələsinin də mühüm rol oynadığı bildirilib.

 

Vurğulanıb ki, Həcc ziyarəti müəyyən prosedur əsasında baş tutur, yəni sənəd qəbulu, aviareyslərin təşkili və s. Bütün bunlar vaxt tələb edən məsələlərdir. Əgər iyun ayının sonuna qədər sənəd qəbulu bərpa olunsa idi, Həcc ziyarəti baş tuta bilərdi. Lakin hazırda koronavirus səbəbindən həm ölkəmizdə, həm də Səudiyyə Ərəbistanında karantin rejimi tətbiq olunur və belə bir şəraitdə bu prosedurların həyata keçirilməsi mümkünsüzdür. Həcc ziyarəti isə Qurban bayramı zamanı baş tutmalıdır, o zamana qədər müvafiq prosedurların həyata keçirilməsi mümkün olan məsələ deyil.

 

Qeyd edək ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.

 

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.

 

Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək