Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

22 İyun 2020, 13:30

23 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, 23 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  

 

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24, gündüz 31-36, Bakıda  gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz  40-50 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək. 

 

23 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi şimşək çaxanda arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə  isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək