Rusiyada daha 7600 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 95 nəfər virusun qurbanı olub.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 592 280-ə, ölənlərin sayı isə 8206-ya yüksəlib.
Sağalanların sayı 344 416 nəfər, müalicəsi davam etdirilənlərin sayı isə 239 658 nəfərdir.
Qeyd edək ki, Rusiya dünyada koronavirusun ən çox yayıldığı 3-cü ölkədir. İlk pillələrdə ABŞ və Braziliya qərarlaşıb.
T.İSMAYIL