Modern.az

Pandemiyanın həyatınızı yaxşı səmtə dəyişməsinə çalışın

Pandemiyanın həyatınızı yaxşı səmtə dəyişməsinə çalışın

Aktual

22 İyun 2020, 13:49

Xanım Niftəliyeva-psixoloq-psixoterapevt

 

Azərbaycanda pandemiyanın kəskinləşməsi nəticəsində sərt karantin rejiminin yenidən tətbiq olunması insanlar arasında təşvişi artırıb. Kronavirusun (COVID-19) yayılma sürəti və yoluxanarın sayının durmadan artması yeni qeyri-xarakterik situasiylar yaradır. Bu yeniliklər  pandemiya barədə sərgilənən informasiyayaların mahiyyətində də özünü açıq-aşkar büruzə verir. İstər mediadan, istərsə də gündəlik müşahidələrimizdən aydın olur ki, artıq cəmiyyətdə pandemiya ilə bağlı qəribə nevroloji problemlərin yaranması barədə məlumatlar dolaşır. Xəstxanaların reanimsiya şöbələrində işləyən həkimlər COVİD-19-la bağlı yaşananların fərqli olduğunu, bu cür hallarla ilk dəfə rastlaşdıqlarını deyirlər. Və bu, səbəbsiz deyil.

Heç şübhəsiz k, koronavirus düşüncələrə sürətlə təsir etməkdədir və bu təsir insan psixikasında, sinir sistemində dərin izlər buraxır.

Virusun fərqli situasiya yaratmasına dair oxşar xəbərlər dünyanın əksər ölkələrindəki xəstəxanalardan da gəlir. Dünyanın bir çox mütəxəssisləri pandemiyanın yaratdığı xroniki, nevroloji və psixoloji gərginliyin aradan qaldırılması üçün pasiyentlərə çoxlu məsləhətlər verirlər. Koronavirusun sürətlə yayılması cinsindən, yaşından və sosial statusundan asılı olmayraq insanların yaşam tərzini, bütövlkdə həyatını dəyişir. Bu isə insanların narahat, stresli, kədərli, üzgün, tənha, əsəbi olmalarına rəvac verə bilir. Zamanında önləyici tədbirlər göüməzsə, mövcud vəziyyətin , tətbiq olunan qaydaların, atılan addımların mütəxəssislər tərəfindən izahı verilməzsə, əlbəttə ki, daha ağır gerçəkliklə üz-üzə qala bilərk.

 

Sosial izolasiya tənhalıqdırmı?

 

Hələ 2018-i ilə Amerika mütəxəsslərinin tənhalıqla bağlı apardıqları sorğuda respondentlərin 40 % -i  qarşı tərəflə münasibətlərinin hç də həmişə mənalı olmadığını və özlərini təcrid olunmuş hiss etdiklərini bildiriblər. Psixologiya və nevrologiya elmləri doktoru Culian Holta görə belə təcrid – yəni sosial əlaqənin olmaması gündə 15 siqaret çəkmək qədər və ya spirtli içki istifadəsi kimi sağlamlığa qarşı riskləri artırır. Holtun fikrinə görə, sosial təcrid və tənhalıq vaxtından əvvəl ölüm riskini artırır, buna dair iddi sübutlar var. Özü də bu risk insan sağlamlığının bir sıra əsas göstəricilərini xeyli üstələyir.

Onu da deyim ki, bu cür sağlamlıq risklərini aradan qaldırmaq, yəni sosial təcrid səviyyəsini azaltmaq üçün Avstraliya, Danimarka və Birləşmiş Krallıqda kampaniya və koalisiyalar fəaliyyət göstərir. Bu milli proqramlar tədqiqat mütəxəssislərini, qeyri-kommersiya və hökumət qurumlarını, icma qruplarını və bacarıqlı könüllüləri bir araya gətirərək təkliyə dair məlumatlılığı artırmaq və təbliğat yolu ilə sosial təcridləri aradan qaldırmağa köklənib. Mütəxəssislərin fikrincə yalnızlıq cəmiyyətdən təcrid olma vəziyyəti kimi təsvir olunur. Bəzilərinə görə isə yalnızlıq həm də sosial rifahın əsas mənfi göstəricilərindən biridir.

Bir sözlə mənfi psixoloji və fizioloji təsirlərə səbəb ola biləcək sosial uzaqlaşma heç də insanlardan uzaq olmaq və tənhalığa çəkilmək demək deyil. İlk olaraq tənhalıqdan qaçmaq və insanlarla distant şəkildə kontaktda olmaq lazımdır. Sosial şəbəkələrdə etibar etdiyiniz insanlarla sağlam münasibətlərin qorunması zehni rifahınız üçün vacibdir. Telefon danışıqları, video zənglər vasitəsilə tez-tez gördüyünüz insanlarla və ya köhnə dostlarla yeni növ əlaqə qurmuş olursunuz. Koronavirus pandemiyası ilə bağlı narahatçılığınızı ürəyinizdə saxlamayın, əksinə etibar etdiyiniz adamlarla bölüşün, bu sizi sakitləşdirəcək. Özünüz də başqalarına dəstək olun və ehtiyac duyulduqda kömək edin. Gündəlik, həftəlik və aylıq plan hazırlayın. Özünüzü psixoloji şəkildə təhükələrə hazırlayın, bu zaman daha az narahatçılıq hiss edəcəksiniz. Fiziki sağlamlığınız üçün ev şəraitində idmanla məşğul olsanız, bu sizin aktiv həyat tərziniz sayıla bilər. Sağlam, balanslı qidalanmağa, kifayət qədər su içməyə və mütəmadi olaraq hərəkət etməyə çalışın. Siqaretdən və narkotikdən çəkinin, spirtli içkiləri çox qəbul etməyin. Rastınıza çıxan hər mənbədən məlumat əldə etməyin. Belə situasiyalarda yayılan, tirajlanan xəbərlərin çoxu saxta olur. Çalışın sırf rəsmi mənbələrə etibar edin. Özünüz inanmadığınız bir xəbəri yaymayın. İndiki hala bunun özü də cəmiyyətə fayda vermək sayıla bilər.

Bu gün hamı özünü bir əsgər kimi səfərbər olunmuş hiss etməlidir. Tarixdə baş verən bir sıra müharibələrdə insanların barikadalar qurduğunu, birgə necə blokadalardan çıxığını hamımız oxumuşuq, filmlərdə görmüşük. Təssəvvür edin, indi də elə bir vəziyyətir. Əgər məsələyə “bütün cəmiyyət ya xilas olacaq, ya da məhv olacaq” düşünəsi ilə yanaşsaq, siz hansına üstünlük verərdiniz? Təbii ki, əzizlərinizin, ailənizin və özünüzün sağ qalmasına. Odur ki, pəncəsində ümumi bəlaya arşı mübarizəni üstün tutub birgə hərəkət etmək lazımdır. Mütəxəssislər təcrid olunmaqla əlaqəli mənfi hisslərin davam edə biləcəyini bəyan edirlər. İnsan sosial varlıqdır və Koronavirus pandemiyası təsəvvür etdiyiniz qədər də adi bir təcrübə deyil.

Qaradərili cəmiyyətdə sosial izolyasiyanı öyrənən mütəxəssis Harry Taylor də sosial təcridi çoxlu siaret çəkməklə müqaisə edir və ürək-damar xəstəliklərinə yol açdığını qeyd edir. Sosial izolyasiyanın təsirlərini öyrənən mütəxəssislər onun mənfi tərəfləri ilə yanaşı müsbət tərəflərini də sübut edirlər. Harry Taylorun sözlərinə görə, yaşadığımız dövrdə ilk dəfədir ki, fəal şəkildə sosial təcrid sağlamlığın qorunması üçün bir üsul kimi tətbiq edilir: ”vəziyyətiniz necə olursa olsun, sosial təcriddən bəhrələnmək, təcrübənizi artırmaq üçün edə biləcəyiniz çox şey var”.

Pandemiya ilə mübarizəyə ciddi yanaşsanız, hazırkı situasiyanın məsuliyyətini bölüşsəniz, sosial təcrid tədricən sizin normal halınıza çevrilə bilər. Əksinə, belə bir təcriddən özünü məhrum etmək, sizə xoş olmayan nətiələrə gətirib çıxara bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək