Modern.az

Fərəh Əliyevanın vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA

Fərəh Əliyevanın vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA

Aktual

22 İyun 2020, 14:06

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın  profilaktik baxımdan verdiyi koronavirus (COVID-19) testinin ilkin nəticəsi müsbət olub.

 

Modern.az xəbər verir ki, TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, Fərəh Əliyevadan tibbi protokola əsasən təkrar test götürülüb və təkrar testin nəticəsi neqativ olub.

 

COVİD-19 üçün götürülən ilkin testin nəticəsi müsbət olduğundan o, tibbi protokola əsasən, 14 gün müddətində ev şəraitində izolyasiyaya alınıb.

 

Hazırda Fərəh Əliyevanın vəziyyəti stabildir, hər-hansı bir şikayəti, xəstəlik simptomları qeydə alınmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək