Modern.az

Dağıstan sərhəddindəki azərbaycanlılarla bağlı YENİ XƏBƏR VAR

Dağıstan sərhəddindəki azərbaycanlılarla bağlı YENİ XƏBƏR VAR

Aktual

22 İyun 2020, 16:15

Azərbaycan-Rusiya sərhəddində müvəqqəti çadır düşərgəsində yerləşdirilmiş azərbaycanlılarla bağlı xəbər var.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Dərbənd rayonunu Kullar kəndi ərazisində məskunlaşan azərbaycanlılar üşçün yeni çadırların quraşdırılması nəzərdə tutulub.

 

Bu barədə Dərbənd rayonunu icra başçısı Fuad Şixiyev açıqlama verib.

“Hazırda çadır düşərgəsində Azərbaycan tərəfdən gələn nümayəndələrlə görüş keçirilir. Görüşdə Azərbaycan fövqəladə hallar nazirinin 1-ci müavini və s. şəxslər iştirak edir. Səfərin məqsədi yaşamaq üçün əlavə yerləein hazırlanması, həmçinin, vətəndaşların qaldıqları şəraitlə tanış olmaqdır”.

 

Fuad Şixiyev hazırda Kullar kəndində 600-dən çox azərbaycanlının olduğunu və onların Azərbaycan tərəfdən təsdiq olunmuş siyahı üzrə vətənlərinə göndərildiyini deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək