Modern.az

Tarixin ən yaxşısından daha bir REKORD

Tarixin ən yaxşısından daha bir REKORD

Aktual

24 İyun 2020, 15:00

İtaliya çempionatının 27-ci turunda “Bolonya” klubunun qapısına yol tapan portuqaliyalı futbol əfsanəsi, “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb.

 

Modern.az  İtaliya KİV-nə istinadən xəbər verir ki, “Yuventus”un 2:0 hesablı qələbəsi ilə başa çatan matçda portuqaliyalı futbol dahisi 11 metrlik cərimə zərbəsindən qol vurub.


Matçın oynanıldığı Bolonya şəhərinin “Renato Dal-Ara” stadionu portuqaliyalı ulduzun fərqləndiyi 98-ci stadion olub. Ronaldunun İtaliyada qol vurmadığı yeganə stadion “Parma” klubunun “Ennio Tardini” meydançasıdır.

 

İtaliyada oynadığı 16 meydançadan 15-də 43 qol vuran Kriştianu Ronaldu eyni sayda stadionda 42 qol sahibi olan Manuel Koştunun rekordunu da təzələyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək