Modern.az

Velosipedçimiz Ukraynada çempion oldu

Velosipedçimiz Ukraynada çempion oldu

Aktual

27 İyul 2020, 21:05

Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının və “Bahrain Cycling Academy” kontinental klubunun üzvü, Tokio Yay Olimpiya Oyunlarında qrup ötüşməsində çıxış edəcək Elçin Əsədov Ukraynanın Odessa şəhərinin Açıq çempionatının qalibi olub.

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat xidmətindən Modern.az- a verilən məlumata görə, Əsədov həm 15 km-lik fərdi ötüşmədə, həm də 90 km-dən ibarət qrup ötüşməsində 1-ci yeri tutub.

 

Beləliklə, o, iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV