Modern.az

Riyaziyyat müəllimi olmaq istəyən 3 300 nəfər imtahan verəcək

Riyaziyyat müəllimi olmaq istəyən 3 300 nəfər imtahan verəcək

Aktual

2 Sentyabr 2020, 09:18

Sentyabrın 2-də riyaziyyat fənni üzrə test imtahanları keçirilir.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, imtahanlarda 3 330 namizədin iştirakı nəzərdə tutulur.

 

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

 

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!