Modern.az

Bakıda "Mercedes" nənə və nəvəni vurdu

Bakıda

Aktual

2 Sentyabr 2020, 12:10

Daxili İşlər Nazirliyi Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.

 

Daxili İşlər Nazirlinini mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C. Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub. Nəticədə X. Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!