Modern.az

Azərbaycan-Lüksemburq oyununun hakimləri açıqlandı

Azərbaycan-Lüksemburq oyununun hakimləri açıqlandı

Aktual

2 Sentyabr 2020, 12:19

Millətlər Liqasının 2020/21 mövsümünün ilk turu çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq oyununun hakimləri müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, UEFA Bakıda baş tutacaq qarşılaşmaya İngiltərədən olan hakimlər briqadasın təyin edib.

 

Görüşün baş hakimi Kris Kavanaq olacaq. Ona həmyerliləri Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Pol Tirni yerinə yetirəcək.

 

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu saat 20:00-da start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!