Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinin tutulması üçün daxili müsahibə elan edib.
Nazirlikdən Modern.az-ə verilən məlumata görə, müsahibədə Mədəniyyət Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 2 sentyabr 2020-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixdə aparılacaq.
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müraciət edilə bilər.