Modern.az

Ermənistanda araqdan zəhərlənərək ölənlərin sayı 14-ə çatdı

Ermənistanda araqdan zəhərlənərək ölənlərin sayı 14-ə çatdı

Aktual

2 Sentyabr 2020, 13:44

Ermənistanda saxta spirtli içikidən zəhərlənənlərin sayı 27 nəfərə, ölənlərin sayı isə 14-ə çatıb.

 

Modern.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

 

Onun sözlərinə görə, avqustun 31-dən sentyabrın 2-dək Armavir vilayətində 20 zəhərlənmə hadisəsi qeydə alınıb, onlardan 9-u ölümlə nəticələnib: “7 zəhərlənmə və 5 ölüm hadisəsi isə Yerevanda baş verib”.

 

Saxta spirtli içki satmaqda şübhəli bilinən Armavir şəhər sakini, 1970-ci il təvəllüdlü Aşot Ovsepyan saxlanılıb. Onun yaşadığı mənzildən ev şəraitində hazırlanan və mənşəyi məlum olmayan 200 litr spirtli içki aşkarlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV