Modern.az-ın məlumatına görə, prosesdə istintaq orqanının təqdimatı təmin edilib və Z. Sultanovun barəsində olan həbs qəti imkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə mədəniyyət nazirinin Sabiq müavini Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, xidmət rəisi Zakir Sultanov isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.