Modern.az

Çin koronavirusa qarşı 9 peyvənd hazırladı

Çin koronavirusa qarşı 9 peyvənd hazırladı

Aktual

2 Sentyabr 2020, 21:04

Çinin əczaçılıq şirkətləri klinik sınaqlarda olan və tezliklə dünyada satışa təqdim ediləcək doqquz koronavirus peyvəndi hazırlayıblar.

Modern.az  xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Chunyingə istinadən yayıb.

“Koronavirusa qarşı peyvəndlər hazırlayan Çin əczaçılıq şirkətləri ürəkaçan nəticələr əldə edib”,- deyib.

Diplomatın sözlərinə görə, bu dərmanlar bütün lazımi standartlara və hüquq normalarına uyğun olaraq hazırlanır: “Çin peyvəndlərinin ölkənin qlobal sərvəti olacağını əvvəllər bildirmişdik”.

31 dekabr 2019-cu il tarixində Çin səlahiyyətliləri Uhanda sətəlcəm xəstəliyi olduğunu bəyan edib. Xəstəliyin törədicisi rəsmi olaraq COVID-2019 adlandırılan yeni bir koronavirus növüdür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mart ayında dünyada yeni koronavirus növünün pandemiyasını elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV