Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Aşağı Ayıblı kəndində qeydə alınıb.
İki minik maşınının toqquşması zamanı bir kişi, bir qadın və onun 2 övladı xəsarət alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və DYP əməkdaşları cəlb olunub. (APA)