2020-ci il ərzində qeyri-əhali sektoru üzrə 627 məscid və dini məbədin hər birinə illik 5 000 kubmetr təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun Modern.az-a verdiyi məlumata görə, 2020-ci ilin avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 131 yeni abonent qeydiyyata alınıb:
“Bundan 4 961 abonent Bakı, Abşeron və Sumqayıt, 1 170 abonent regionların payına düşür. 2020-ci ilin 8 ayı ərzində isə (yanvar-avqust) əhali sektoru üzrə qeydə alınan abonentlərin ümumi sayı 48 519-a bərabər olub”.
Beləliklə, hazırda “Azəriqaz” İstehsalat Birliyinin əhali abonentlərinin sayı 2 milyon 297 min 639 təşkil edir.