Modern.az

Daha bir uşaq həkim səhlənkarlığından öldü  

Daha bir uşaq həkim səhlənkarlığından öldü  

Aktual

12 Sentyabr 2020, 12:40

Sentyabrın 11-də saat 09 radələrində Bərdə rayonu, Gərənə kənd sakini Gülnar Namazovanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bərdə rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılmış araşdırmalarla 2001-ci il təvəllüdlü Gülnar Namazovanın sentyabrın 8-də saat 13 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün doğuş prosesi aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq 11 sentyabr 2020-ci il tarixdə həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV