Modern.az

Hərbi hospitalın yanında tikilən metrostansiya ilin sonunadək açıla bilər

Hərbi hospitalın yanında tikilən metrostansiya ilin sonunadək açıla bilər

Aktual

14 Sentyabr 2020, 11:46

Bakı metropoliteninin tikilməkdə olan "B3" şərti adlı stansiyasında tikinti işləri yekunlaşmaq üzrədir.


Modern.az
-ın məlumatına görə, bunu “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

O qeyd edib ki, stansiyada son tamamlanma işləri aparılır: "Bilirsiniz ki, stansiyada quraşdırılacaq avadanlıqların bəziləri xarici ölkələrdən gəlir. Əgər avadanlıqların gətirilməsi prosesində pandemiya ilə əlaqədar gecikmələr olmasa, stansiya bu ilin sonuna qədər istifadəyə verilə bilər".


B.Məmmədov bildirib ki,infrastrukturun qurulması hərəkətin təşkili, tənzimlənməsi ilə bağlı avadanlıqların əksəriyyəti xaricdən gətirildiyi üçün stansiyanın açılışı da bununla bağlıdır: "Əgər avadanlıqlar vaxtında gətiriləndə yeni stansiya ilin sonuna istifadəyə veriləcək. Avadanlıqları istehsal edən şirkətlərdə pandemiya ilə bağlı problem olmasa həmin avdanlıqlar vaxtında gətirilərək quraşdırılacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV