Modern.az

Yeni metrostansiyaya Polad Həşimovun adı veriləcək? - Rəsmi CAVAB  

 Yeni metrostansiyaya Polad Həşimovun adı veriləcək? - Rəsmi CAVAB   

Aktual

14 Sentyabr 2020, 11:49

Metronun tikilməkdə olan yeni stansiyasının şəhid general Polad Həşimovun adına olacağı ilə bağlı məlumatlar dəqiq deyil.

 

Modern.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

B.Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə metronun hansısa stansiyasına şəhid general Polad Həşimovun adının verilməsi ilə bağlı yayılan videolar həqiqəti əks etdirmir:

 

“Bu barədə yayılan video “Bakı Metropoliteni” QSC tərəfindən hazırlanmayıb və xəbərimiz yoxdur. Sözügedən videogörüntülər kim tərəfindən hazırlanıb, bilmirik. Lakin bu gün belə bir məsələ gündəmdə deyil. Metropolitenin stansiyaların adlandırılması ilə bağlı məsələyə Nazirlər Kabineti baxır. Bu istiqamətdə rəsmi, dəqiq məlumat olarsa, ictimaiyyətə məlumat verilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV