Modern.az

Meriya qışa hazırlaşır - FOTOLAR

Meriya qışa hazırlaşır - FOTOLAR

Aktual

17 Sentyabr 2020, 12:45

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri davam edir.

 

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Modern.az-a verilən məlumata görə, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib:

 

“Bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

 

Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib. Həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazirlıq tədbirləriin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində artıq bir neçə gündür ki, bütün paytaxt rayonlarında monitirinqlər keçirilib.

 

Yerlərdə görülən işlərin müzakirəsi məqsədi ilə Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərlərinin iştiraki ilə onlayn operativ müşavirələr keçirilib. Müşavirələrdə qışa hazırlığın vəziyyəti müzakirə edilərək hər bir sahənin rəhbərinin hesabatı dinlənilib”.

 

Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməlidir:

 

“Yarana biləcək problemləri operativ şəkildə aradan qalırmağı bacarmalıdır və yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatı yaradılmalıdır.

 

Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, yoxlamalar nəticəsində aşkarlanan çatışmamazlıqlar müzakirə edilərək onların aradan qaldırılması ilə bağlı cavabdeh şəxslərə tapşırıqlar verilib”.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV