Modern.az

Şəkidə kütləvi yoluxma - “BAZAR” BAĞLANDI

Şəkidə kütləvi yoluxma - “BAZAR” BAĞLANDI

Aktual

17 Sentyabr 2020, 17:21

Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, həmin ərazidə 1sentyabr 2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub:

 

“Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır. Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV