Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Baş naziri Fayez Sərracı qəbul edib.
Modern.az xəbər verir ki, liderlər arasında mətbuata bağlı keçirilən görüş 1 saat davam edib.
Daha sonra isə hər iki ölkə nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Xəzinədar və Maliyyə naziri Barat Albayraq, Prezident sözçüsü İbrahim Qalın və digər rəsmilər iştirak edib.