Modern.az

Baş Prokurorluq Lənkərandakı faciə ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Lənkərandakı faciə ilə bağlı məlumat yaydı

Aktual

11 Noyabr 2020, 13:37

Baş Prokurorluq Lənkəranda 2 azyaşlının ölüm ilə nəticələnən yanğınla bağlı məlumat açıqlayıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Lənkəran şəhəri Səttərxan küçəsi 8 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 2019-cu il təvəllüdlü Quts Emil Cəsarət oğlu və 2014-cü il təvəllüdlü Quts Milana Aleksandrovna həlak olub, 2018-ci il təvəllüdlü Quts Artyom Aleksandroviç xəsarət alıb.

 


Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq-Əməliyyat idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 


FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...